Murad Arifdən ittihamlara gülməli cavab
Qarşıdakı günlərdə elə işlər görüləcək ki...
Populyar teleaparıcı və son zamanların hit mahnılarının müəllifi kimi tanınan Murad Ariflə üç məşhur müğənni - Natəvan Həbibi, Xəyyam və Aygün Kazımovanın işbirliyinin məhsulu radiostansiyalara təhvil verib. Muradın Aygün Kazımovaya hədiyyə etdiyi “Şou nömrə bir” və Xəyyamın ifasında səslənən “İstidir” mahnıları ittihamlara səbəb olub.
Murad Arif Lent.az-a açıqlamasında mahnı ətrafında gəzən söhbətləri mənasız adlandırıb: “Mahnı radiolarda səslənən kimi ittiahmlar başladı. Guya ki, mən Şou nömrə bir mahnısını “Nömə bir” müsabiqəsinə görə yazmışam. Mənim Emin Musəviyə hörmətim var, lakin onun Nömrə bir verilişinə bu mahnının aidiyyəti yoxdur. Ümumiyyətlə, mən heç vaxt o verilişə mahnı yazmazdım!.. Necə başa salım ki, ellər məni qınamasın!”.
Digər iddialardan biri də Xəyyamın “İstidir” mahnısı ilə Eltonun “Havalar isti”sinin qohum olması imiş: “Onda bir mövzuda bir mahnı yazılsın. İkinci dəfə müraciət olunmasın... Bütün bu fikirləri gülüşlə qarşılayıb, gülüşlə cavab verirəm: Qarşıdakı günlərdə elə işlər görüləcək ki, onda yəqin danışmaqdan başqa işlərə vaxt tapa bilməyəcək”.
Qeyd edək ki, Murad Arif hazırda Ayaz Qasımov üçün yeni mahnı hazırlayır.
Lalə Yusifqızı

Oxşar yazılar

"Məndən bir də borc istəməyin" - Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu
1 iyul 2025 , 14:54
Miri Yusifə ağır itki
1 iyul 2025 , 10:29
Maykl Ceksonla bağlı daha bir sirr açıldı
30 iyun 2025 , 14:58
Ad-soyadlarını yanlış tələffüz etdiyiniz 8 ULDUZ
30 iyun 2025 , 13:45
Aşiq cütlük yenə də hamını heyran etdi
30 iyun 2025 , 11:15
Bred Pittdən ETİRAF: Messiyə heyrandır, amma futbolu sevmir
29 iyun 2025 , 09:55
Triş Kristakis – bəşər tarixinin ən seksual idman müxbiri -FOTOLENT
28 iyun 2025 , 12:10