Heyvanlar Elza Seyidcahanın konsertini boykot etdilər!
Konsertə bir neçə it-pişik, bir ilan və bir tısbağa gəlib...
Elza Seyidcahan vəd etdiyi kimi, iyunun 13-də heyvanlar üçün konsert verib. Lent.az-ın show.az-a istinadən məlumatına görə, saat 19-a vəd olunan konsert gecikib.
Elzanın konserti qeyri-adi şou deyil, gənc ifaçıların növbədənkənar konsert proqramı ilə start götürüb. Bu, qonaqların haqlı narazılığına səbəb olub. Heyvanlara verilən konsert marağına gələn tamaşaçıların bəzisi ippodromu tərk edib.
Nəhayət, axşam saat 9-a qalmış, Elza onu müşayiət edən simvolik heyvanlarla səhnəyə gələrək, əvvəlcə “Yenə o bağ olaydı” mahnısını oxuyub. Müğənnini müşayiət edən heyvan maskalı şəxslərin səhnədəki qeyri-adi davranışları isə ifadan çox diqqət çəkib. Əvvəlcədən verilən vədlərə baxmayaraq, konsertdə adıçəkilən heyvanlardan heç biri olmayıb. Bir neçə it-pişik, bir ilan, bir tısbağa konsertə gətirilən heyvanlar arasında olub. Əsasən gənc ifaçıların iştirak etdiyi konsertdə bəstəkar-müğənninin müəllimi, xalq artisti Arif Məlikov və müğənni Brilliant Dadaşova olub.
Konsertdə ən gülməli məqamlardan biri də konsertdə iştirak etməyən İlhamə Quliyevanın pişiyi Markizin Elzaya məktubu olub.
İctimai qınağın şiddətləndiyini görən Elza sonradan öz fikirlərini redaktə edərək, konserti heyvanlar üçün yox, heyvanları müdafiə məqsədi ilə insanları birləşdirmək üçün verdiyini deyib.
Konsertdə heyvanlara yardım məqsədi ilə ianə qutuları qoyulub.

Oxşar yazılar

Ən reytinqli serialin ulduzu soyundu
4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01
Emre Altuğun cəsur klipi sosial mediada həyəcana səbəb oldu - VİDEO
3 iyul 2025 , 16:17
Günayın yay keyfi - VİDEO
3 iyul 2025 , 12:03
Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
3 iyul 2025 , 10:29
“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi
2 iyul 2025 , 16:39
Bu məşhurlar Bakıya gələ bilməyəcək - Siyahı
2 iyul 2025 , 12:34