Aysel və Hadisə Bakıda eyni səhnəni paylaşacaqlar
Türkiyəni “Eurovision-2009” yarışmasında təmsil etmiş müğənni Hadisə Açıqgöz sabah ilk dəfə olaraq Bakıya gələcək.
APA-nın məlumatına görə, onu 15 nəfərdən ibarət nümayəndə heyəti müşayiət edəcək. Müğənni iyulun 10-da Yaşıl Teatr Konsert Kompleksində konsert verəcək. İyulun 12-də Bakıda qalacaq Hadisə paytaxtımızı da gəzmək niyyətindədir.
Bu konsertdə səhnəyə Azərbaycanı “Eurovision-2009” müsabiqəsində təmsil edən Aysel də çıxacaq. Aysel “Eurovision-2009“ müsabiqəsində ifa etdiyi “Always” mahnısını oxuyacaq. O, “Always”-i duet ortağı Araşsız ifa edəcək. Aysel Azərbaycan tamaşaçısı qarşısına “Eurovision-2009” səhnəsindəki geyimində çıxmaq fikrindədir. Aysel bildirib ki, Azərbaycanda bu müsabiqədən sonra ilk çıxışının yaddaqalan və unudulmaz olmasını istəyir. Elə bu səbəbdən də məhz həmin geyimdə və həmin mahnı ilə çıxış etmək arzusundadır.
Qeyd edək ki, iyulun 10-da Yaşıl Teatrda keçiriləcək konsertin biletlərinin qiyməti 20-150 manat arasındadır. Konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.

Oxşar yazılar

Ən reytinqli serialin ulduzu soyundu
4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01
Emre Altuğun cəsur klipi sosial mediada həyəcana səbəb oldu - VİDEO
3 iyul 2025 , 16:17
Günayın yay keyfi - VİDEO
3 iyul 2025 , 12:03
Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
3 iyul 2025 , 10:29
“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi
2 iyul 2025 , 16:39
Bu məşhurlar Bakıya gələ bilməyəcək - Siyahı
2 iyul 2025 , 12:34