“Telman İsmayılovla eşq hekayəsi” Sibel Cana pul qazandıracaq
23 iyul 2009 18:30 (UTC +04:00)

“Telman İsmayılovla eşq hekayəsi” Sibel Cana pul qazandıracaq

Həyat yoldaşı ilə boşanma ərəfəsində olan ünlü müğənni çox sərt danışdı



Türkiyənin məşhur müğənnisi Sibel Can azərbaycanlı iş adamı, milyarder Telman İsmayılovla eşq yaşadığını iddia edənləri məhkəməyə verdiyini bildirib.


Lent.az-ın “Bu gün” qəzetinə istinadən verdiyi xəbərə görə, Can məhkəməni qazanacağı təqdirdə, udduğu pulları zövqlə xərcləyəcəyini deyib. 9 illik həyat yoldaşı Sulhi Aksütlə boşanma ərəfəsində olan ünlü müğənni bu dəfə haqqında çıxan xəbərlər barədə çox sərt danışıb.


“Əgər görüntüm olsa (Telman İsmayılovla), birlikdə yaxalasanız qarşınızda baş əyərəm. Son zamanlarda Telman İsmayılovla münasibətdə olduğuma dair çıxan xəbərlərlə bağlı məhkəməyə müraciət etməkdən başqa çarəm qalmadı. O maqazinçilərdən (münasibətlər barədə xəbər yaxan jurnalistlər nəzərdə tutulur - red.) pul alacağam. Sonra isə həmin pudları keyflə xərcləyəcəyəm” – deyə, Sibel Can vurğulayıb.

Həyat yoldaşından boşanmaq məsələsində qəti olduğunu deyən müğənni hazırda çətin bir vaxt keçirdiyini də deyib: “Onunla birlikdə iki mədəni insan kimi qərar qəbul etdik. Hər şeydən öncə mən anayam, üç övladım var. Sonuncu övladım hələ çox kiçikdir, onun cəmi 9 yaşı var. Onun psixoloji durumu çox önəmlidir. İnsanların buna diqqətlə yanaşmasını rica edirəm”.
# 463

Oxşar yazılar