Mustafa Sandalın həyat yoldaşından 4 milyardlıq   qalmaqalla bağlı AÇIQLAMA
18 noyabr 2026 11:29 (UTC +04:00)

Mustafa Sandalın həyat yoldaşından 4 milyardlıq qalmaqalla bağlı AÇIQLAMA

0

Türkiyənin məşhur müğənnisi Mustafa Sandalın həyat yoldaşı Melis Sandal investisiya fondları ilə bağlı aparılan istintaq çərçivəsində yenidən gündəmə gəlib.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Melis Sandalın “A1 Capital Yatırım Menkul Değerler” şirkətindəki hesablarında olan 4 milyard 316 milyon 465 min 88 lirə məbləğindəki pul müvafiq geri qaytarılma hesablarına köçürülüb.

İstanbul Respublika Baş Prokurorluğunun Terrorizmin Maliyyələşdirilməsi və Cinayət Gəlirlərinin Leqallaşdırılması üzrə İstintaq Bürosu tərəfindən aparılan araşdırma çərçivəsində sentyabrın 29-da Melis Sütşurup Sandal və atası barəsində saxlanılma qərarı çıxarılıb, onların əmlakları üzərinə həbs qoyulub.

İstintaq zamanı ümumilikdə 47-si fiziki şəxs olmaqla 106 şəxs və təşkilatın əmlakına məhdudiyyət qoyulması tələb edilib. Araşdırma çərçivəsində Melis Sandala məxsus investisiya hesablarındakı əməliyyatlar dayandırılıb. Həmin hesablarda olan 4 milyard 316 milyon 465 min 88 lirə sonradan müvafiq hesablara köçürülüb.

Melis Sandalın vəkili isə daha əvvəl verdiyi açıqlamada müvəkkilinin investisiyalarının fondlarda qaldığını və onun fond böhranının zərərçəkəni olduğunu müdafiə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 134

Oxşar yazılar