Alişan özünə Bakıda məkan axtarır
28 iyul 2009 18:00 (UTC +04:00)

Alişan özünə Bakıda məkan axtarır

Yeni albomunda müğənni Ramalın bəstəsinə müraciət edən Alişan sözügedən mahnıya klip çəkdirmək üçün Bakıda məkan axtarır.

Bu barədə Lent.az-a müğənni Ramal məlumat verib: “Hazırda danışıqlar gedir. Alişanın klip çəkilişləri üçün maraqlı məkan seçilir”.

Ramal çəkilişin türklər tərəfindən baş tutacağını da bildirib: “Hazırda hava isti olduğundan çəkiliş qısa müddətə təxirə salınıb. Lakin yaxın aylarda çəkilişə start veriləcək”.

Lalə Yusifqızı
# 2087

Oxşar yazılar