Bu da növbəti rəqs qalmaqalı!
29 iyul 2009 12:00 (UTC +04:00)

Bu da növbəti rəqs qalmaqalı!

Aygün Kazımovanın “Xeyir ola” proqramında peşəkarlıq uğrunda mübarizə gedib.

Rəqqaslar Oksana Rəsulova, Aytən və İlham Kərimlinin qonaq olduğu proqramda Oksana və İlham Kərimli bir-birlərilə söz savaşı ediblər.


Rəqqas İlham Kərimli proqramda sözünü deyə bilmədiyi üçün Lent.az-a danışmaq istədiyini bildirib: “Mənim konkret olaraq, Aygün Kazımovaya qarşı qərəzim yoxdur. Lakin həmin verilişdə bir nömrə kimi təqdim olunan Oksana Rəsulovanın peşəkarlıqdan xəbərsiz olduğunu demək istəyirəm. Əgər tamaşaçının hind rəqsindən anlayışı yoxdursa, onda aldatmaq lazım deyil! Hər şey göz qabağındadır. O bilməsə də, hamı bilir ki, hind rəqsini Azərbaycana kim gətirib. Hamı məni qınayır ki, niyə həmin verilişdə Oksanaya lazımınca cavab verə bilmədim. Axı o elə veriliş deyil ki, mən orada onu cavablandırım. Tematik bir proqram olsaydı və bir pedaqoq kimi məni dinləmək üçün fürsət versəydilər, ona peşəkar olmadığını sübut edərdim! “Çemodanla diplomum var” deməklə peşəkar olmaq birdir? İstəyir, mən ona iki çemodan diplom göstərim!”


İlham Kərimli Oksananın professional rəqsdən xəbərsiz olduğunu iddia edib: “Onun rəqsdən xəbəri yoxdur. Bu insan “Nar Star” müsabiqəsində iştirakçılara milli rəqs üzrə dərs keçir. Sən özün milli rəqs bilirsən ki, dərs də keçəsən? Bilmirsən, pedaqoqlar çoxdur, onlar sənə öyrədər. Təbii ki, rəqs hərəkətlərini hər insana öyrətsən, rəqsi bacara bilər. Bu qızda plastika yoxdur! Plastika insan dünyaya gələndə onunla bərabər yaranır”.

Leyla
# 655

Oxşar yazılar