Teleproqram sayəsində ərə gedən azərbaycanlı qadının ailəsi dağılır
10 avqust 2009 11:45 (UTC +04:00)

Teleproqram sayəsində ərə gedən azərbaycanlı qadının ailəsi dağılır

Onun türkiyəli əri ilə xoşbəxtliyi uzun sürməyib

8 ay əvvəl bir televiziyadakı evlilik proqramında tanış olub evlənən azərbaycanlı, 26 yaşlı Elvira İsmayılova və Türkiyə vətəndaşı, 31 yaşlı Nədim Qaramürsəl xoşbəxt ola bilməyiblər.

Lent.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, Qaramürsəl Elviranın Türkiyədə qalmaq üçün evləndiyini iddia edərək 2 ay əvvəl boşanmaq üçün məhkəməyə müraciət edib. O, Elviranın və ailəsinin onu təhdid etdiyini də iddia ərizəsində göstərib.

Elvira İsmayılova isə ərinin onu döyməsindən şikayətçidir və o da polisə müraciət edib. Həmyerlimiz mətbuata açıqlamasında deyib ki, televiziya proqramında 2 mənzili, 1 villası və avtomobili olduğunu, ticarətlə məşğul olduğunu söyləyən Qaramürsəllə evlənməyə qərar verib: “O, mənim pasportumu parçaladı, 8 dəfə döydü. İyunun 26-da döyərək evdən qovdu. Bundan sonra anamın kirayə qaldığı evə köçdüm”.
Elvira bildirib ki, avqustun 3-də anasıyla qaldığı mənzilin qarşısında ərinin bacısı Nihan Pekdəmirin avtomobilini görüb. Qaynanası Nefin Tudeş və əri də avtomobildə olub: “Nihan Pekdemirin məni ev sahibinə pislədiyini eşitdim. Yanlarına gedəndə məni təhqir etdi. Baldızım sifətimə vurdu, saçlarımdan tutub sürüdü. Ərim də yerə yıxılan anama təpik atırdı”.
Qaramürsəl isə başqa cür danışır. O deyib ki, onunla evli olduğu halda Elvira hazırda ailəsi ilə birlikdə barlara gedir. Əri Elviranı döymədiyini, arvadının yalan danışdığını bildirib: “Mənimlə evli qalmaq istəməkdə tək məqsədi Türkiyədə yaşamaqdır. Məni aldatdı”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1153

Oxşar yazılar

Kıvanç Tatlıtuğ yeni serialla  ekranlara qayıdır

Kıvanç Tatlıtuğ yeni serialla ekranlara qayıdır

5 iyul 2025 , 13:00
Konsertdən zəngin olan  sənətçilər

Konsertdən zəngin olan sənətçilər

5 iyul 2025 , 11:33
Ən reytinqli serialin ulduzu soyundu

Ən reytinqli serialin ulduzu soyundu

4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik  sevgilisindən ayrıldı

İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı

3 iyul 2025 , 18:01
Emre Altuğun  cəsur klipi   sosial mediada həyəcana səbəb oldu -  VİDEO

Emre Altuğun cəsur klipi sosial mediada həyəcana səbəb oldu - VİDEO

3 iyul 2025 , 16:17
Günayın yay keyfi - VİDEO

Günayın yay keyfi - VİDEO

3 iyul 2025 , 12:03
Emin Ağalarov

Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi

3 iyul 2025 , 10:29
“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi

“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi

2 iyul 2025 , 16:39