Murad Arif : “Məhəbbət mahnılarının hamısında seks, intim, erotika var...”
12 avqust 2009 15:30 (UTC +04:00)

Murad Arif : “Məhəbbət mahnılarının hamısında seks, intim, erotika var...”

Gənc bəstəkar sənət adamlarının onun bu fikirlərini anlayışla qarşılayacağına ümid edir

“Vəhşət, şəhvət, dəhşət... Bu, tək Azərbaycanda deyil. İndoneziyadan tutmuş dünyanın hər hansı nöqtəsinə qədər oxunan, yazılan bütün mahnıların içində ehtiras var. Ana, vətən, futbol komandasına həsr olunmuş mahnılar istisna olmaqla, bütün folklor mahnıların mövzusu belədir”.

Məşhur teleaparıcı və hit mahnıların müəllifi Murad Arif Lent.az-a açıqlamasında məhəbbət mahnılarının reseptini açıqlayıb: “Mahnıda vüsal var. Əgər aşiq öz yarına yetişmirsə, olur minor... Yox, əgər vüsala yetişdinsə - “Əmiqızı” mahnısı yaranır.

Çılğın, ehtiraslı mahnılar müəllifi Murad Arif bunun səbəbini şəxsi düşüncəsilə belə izah edib: “Məhəbbət hisslərini yaşamadan seks ola bilər. Amma seksual, intim münasibətləri ağlına gətirmədən məhəbbət yaşamaq olmaz. Məhəbbət haqda yazılan bütün mahnılarda mütləq, üstüörtülü şəkilə olsa, seks, intim, erotika elementləri var. Bütün məhəbbətlərin kulminasiyası vüsal deyilmi? Mahnılarda məhəbbət hardadırsa, mütləq həmin vüsal anına eyhamlar olmalıdır və var! Əgər vüsal əlçatmazdırsa, mahnılar da qəmli olacaq. Əksinə, vüsal an yaxınlaşırsa, realdırsa, mahnılar da şən, gümrah, sevindirici, pozitiv olacaq”.

Murad bu açıqlamadan sonra əsl yaradıcı sənət adamlarının onu anlayacağına əminliyini bildirib.

Leyla
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1727

Oxşar yazılar

Kıvanç Tatlıtuğ yeni serialla  ekranlara qayıdır

Kıvanç Tatlıtuğ yeni serialla ekranlara qayıdır

5 iyul 2025 , 13:00
Konsertdən zəngin olan  sənətçilər

Konsertdən zəngin olan sənətçilər

5 iyul 2025 , 11:33
Ən reytinqli serialin ulduzu soyundu

Ən reytinqli serialin ulduzu soyundu

4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik  sevgilisindən ayrıldı

İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı

3 iyul 2025 , 18:01
Emre Altuğun  cəsur klipi   sosial mediada həyəcana səbəb oldu -  VİDEO

Emre Altuğun cəsur klipi sosial mediada həyəcana səbəb oldu - VİDEO

3 iyul 2025 , 16:17
Günayın yay keyfi - VİDEO

Günayın yay keyfi - VİDEO

3 iyul 2025 , 12:03
Emin Ağalarov

Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi

3 iyul 2025 , 10:29
“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi

“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi

2 iyul 2025 , 16:39