Elza Seyidcahan: “İtalyanlar elə bildilər ki, toyumdur...”
Müğənni Elza Seyidcahan Türkiyə səfərindən böyük təəssüratla qayıdıb. Müğənni Lent.az-la söhbətində səfəri barədə danışıb: “Əslində mən Türkiyəyə dəvətlə getmişdim. Şirkətlərin biri ilə danışıqlar gedir. Düz 15 mahnıma türk yazarları mahnı sözü yazıb. Bunların arasında Ayşə Birgül Yılmaz, Demir, Salman və başqaları var”.
Müğənni şirkətin adını açıqlamayıb: “Orda belə məsələlər olduqca ciddidir. Şirkətin adını çəkməyim yasaqdır. Təkcə onu deyə bilərəm ki, məqsədim mahnılarımı Türkiyə bazarına çıxarmaqdır. Azərbaycanda bəstəkar kimi fəaliyyət göstərdiyim vaxtları xatırlayıram, inanırsınız, bir-bir müğənnilərə zəng vurub mahnılarımı göstərirdim. Görüş təyin edirdim, elələri olurdu ki, görüşə gəlmirdi... İndi baxıram ki, ölkə xaricində maraq var”.
Seyidcahan Türkiyədə olarkən düz 5 mahnıya - “Həsrət nəğməsi”, “Kim sevər səni”, “Ölümünə sevdim”, “Bu ad günün yola saldım”, “Həyata küsmə” mahnılarına klip çəkdirib. Çəkilişlər Qız Qülləsində, Taksim meydanında, Bodrumun və Efesin görməli yerlərində baş tutub.
Müğənni klip çəkilişləri zamanı böyük maraqla rastlaşdığını da deyib: “Klip çəkilişləri zamanı məndən Türkiyədə mahnımı bəzi müğənnilərin oxumasını istədilər. Mən də razılıq verdim. Hər şeydən əvvəl bəstəkaram və bunda çox maraqlıyam. Efesdəki klip çəkilişim xüsusulə maraqlı idi, “Həsrət nəğməsi” turistlərin, ən çox da italyanların olduğu məkanda lentə alınırdı. Mən də ag paltarda klip çəkdirirdim, italyanlar elə bildilər ki, toyumdur. Başa saldılar ki, bu gəlin deyil, sənətçidir. Mənə “Həsrət nəğməsi” bir neçə dəfə oxutdurdular”
Lalə Yusifqızı

Oxşar yazılar

"Məndən bir də borc istəməyin" - Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu
1 iyul 2025 , 14:54
Miri Yusifə ağır itki
1 iyul 2025 , 10:29
Maykl Ceksonla bağlı daha bir sirr açıldı
30 iyun 2025 , 14:58
Ad-soyadlarını yanlış tələffüz etdiyiniz 8 ULDUZ
30 iyun 2025 , 13:45
Aşiq cütlük yenə də hamını heyran etdi
30 iyun 2025 , 11:15
Bred Pittdən ETİRAF: Messiyə heyrandır, amma futbolu sevmir
29 iyun 2025 , 09:55
Triş Kristakis – bəşər tarixinin ən seksual idman müxbiri -FOTOLENT
28 iyun 2025 , 12:10