Aktrisa əməliyyat  olundu: "Narkoz"dan ayılan kimi paxlava istədi
23 iyun 2026 18:54 (UTC +04:00)

Aktrisa əməliyyat olundu: "Narkoz"dan ayılan kimi paxlava istədi

0

Türkiyəli aktrisa Cemre Baysel növbəti dəfə əməliyyat keçirib.

Lent.az xəbər verir ki, bu barədə aktrisa sosial şəbəkə hesabında paylaşım edib.

27 yaşlı aktrisa bir neçə gün əvvəl qadın xəstəliyi ilə əlaqədar əməliyyat olunub. O, tətil planlarını da bu səbəbdən təxirə saldığını bildirib.

Sosial şəbəkə hesabında paylaşım edən Cemre Baysel əməliyyatın uğurla başa çatdığını deyib. Aktrisa zarafatla anesteziyadan ayılan kimi ilk olaraq paxlava yemək istədiyini bildirib.

Qeyd edək ki, Cemre Baysel ötən il də səhhətində yaranan problemlə əlaqədar əməliyyat keçirmişdi. Aktrisanın sinəsində səkkiz il ərzində böyüməyə davam edən şiş cərrahi yolla götürülmüşdü.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 310

Oxşar yazılar