Aktrisa:  "Tünzalənin paltarını geyindim, Dilarə Əliyeva ağladı" - VİDEO
04 fevral 2023 13:25 (UTC +04:00)

Aktrisa: "Tünzalənin paltarını geyindim, Dilarə Əliyeva ağladı" - VİDEO

"Çəkilişdə Tünzalə Əliyevanın geyindiyi paltarları geyindim. Dilarə Əliyeva həyətə girib məni gördü. Diksinib ağladı. Dedi ki, elə bildim Tünzalə dayanıb”.

Lent.az xəbər verir ki, bu sözləri aktrisa Sonaxanım Əliyeva “Xəbər-ətər” verilişində deyib. O, bu yaxınlarda xərçəng xəstəliyindən dünyasını dəyişən aktrisa Tünzalə Əliyeva haqqında danışıb. Aktrisa bildirib ki, mərhum həmkarının “Qaratikan” serialındakı rolunu özü canlandıracaq:

"Bilirsiniz ki, “Qaratikan” serialı yayımlanır. Orada Qaragilə obrazını Tünzalə xanımdan sonra mən davam edəcəyəm. Bu, çox ağır məsuliyyətdir. Bir səhnədən danışım, bizim ondan sonra ilk çəkilişimiz idi. İlk çəkilişdə onun geyindiyi paltarları geyindim. Dilarə xanım həyətə girib, məni gördü. Diksinib ağladı. Dedi ki, elə bildim Tünzalə dayanıb”.

Ətraflı videoda:

# 4494
avatar

Nigar Namiq

Oxşar yazılar