Rusiyadan köçən müğənni Alla Puqaçova yaşa görə təqaüd alır və bu məbləğ 60 min rubldan (1255 AZN) çoxdur.
Bu barədə Lent.az xarici mediaya istinadla məlumat verir.
Jurnalistlərin hesablamalarına görə, sənətkarın pensiyası ən azı 67 min rubl təşkil edir. Bu məbləğə SSRİ xalq artisti adı daşıdığı üçün ona verilən təqaüd də daxildir.
Qeyd olunur ki, pensiya ödənişi bank kartına köçürülür. Bundan əlavə, Rusiyada müğənninin etibarlı nümayəndəsi var və o, təcili işləri yerinə yetirir. Məlumata görə, Puqaçovanın kartından vergilərin, mənzil xərclərinin və digər məişət məsələlərinin ödənişi həyata keçirilir.
Daha əvvəl prodüser İosif Priqo jin bildirib ki, Puqaçova Rusiyaya gəlib və həyat yoldaşı yumorist Maksim Qalkinin (Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi tanınıb) ölkəyə qayıtmasına icazə verilməsi üçün xahiş edib. O əlavə edib ki, müğənni və onun həyat yoldaşı hər zaman sinik və hiyləgər insanlar olublar və heç vaxt pulsuz iş görməyiblər.