Məşhur şoumenin son evliliyinə  keçmiş baldızından   atmaca: Onun da  səndən yeyəcəyi   çörək varmış
14 oktyabr 2026 19:20 (UTC +04:00)

Məşhur şoumenin son evliliyinə keçmiş baldızından atmaca: Onun da səndən yeyəcəyi çörək varmış

0

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbilin sonuncu evliliyi ilə bağlı keçmiş baldızı Şeyda Coşkunun açıqlaması gündəm olub.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Mehmet Ali Erbil keçmiş həyat yoldaşı Tuğba Coşkun və onun bacısı Şeyda Coşkunun YouTube proqramında qonaq olub.

Proqram zamanı vicdan mövzusunda söhbət edən məşhur şoumen bu xüsusiyyətinə görə həyatında bir çox çətinliklərlə üzləşdiyini bildirib.

“İnsanın əlində deyil. Vicdanın varsa, həyatını onunla birlikdə yaşayırsan. Bu vicdanım üzündən başıma gəlməyən hadisə qalmayıb”, – Erbil bildirib.

Onun sözlərindən sonra keçmiş həyat yoldaşı Tuğba Coşkun şoumenin Gülseren Ceylanla sonuncu evliliyinə toxunub.

“Son evliliyində də bir az vicdanlı davrandı. Görünür, bunu da yaşamalı imiş. Allah onun da yolunu açıq etsin”, – o bildirib.

Söhbətə müdaxilə edən Şeyda Coşkun isə Erbilin sonuncu evliliyi ilə bağlı kinayəli ifadə işlədib:

“Deməli, onun da səndən yeyəcəyi çörək varmış. Nə deyək? Bəzən belə olur”.

Keçmiş baldızının sözlərinə Mehmet Ali Erbil “Bir az vicdanlı davrandıq da”, –  cavabını verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 240

Oxşar yazılar