Alla Puqaçova “xarici agent” ELAN EDİLƏ BİLƏR
27 mart 2024 13:21 (UTC +04:00)

Alla Puqaçova “xarici agent” ELAN EDİLƏ BİLƏR

Rusiyanın tanınmış estrada müğənnisi, SSRİ Xalq artisti Alla Puqaçovanın xarici agent kimi tanınması proseduruna başlanılıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Puqaçovanın xarici agent kimi tanınması ilə bağlı sorğusu əsasında Baş Prokurorluq Ədliyyə Nazirliyinə müvafiq müraciət göndərib.

Xatırladaq ki, bu il martın 22-də “Crocus City Hall”da baş vermiş terror aktından sonra bir çox ruslar Alla Puqaçovanı həlak olanların ailələrinə başsağlığı vermədiyinə görə qınamağa başlayıblar.

Eyni zamanda ki, Puqaçova Rusiyanın Ukraynada apardığı müharibəni dəstəkləməyib. O, ailəsi ilə İsrailə köçüb. Puqaçovanın həyat yoldaşı tanınmış şoumen Maksim Qalkin də Ukrayna ilə müharibənin əleyhinə çıxdığı üçün Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi tanınıb.

 

# 3114
avatar

Oxşar yazılar