"Anam dedi ki, avaraya ərə gedəcəksən" - Miri Yusifin arvadı
01 iyun 2023 12:55 (UTC +04:00)

"Anam dedi ki, avaraya ərə gedəcəksən" - Miri Yusifin arvadı

Xalq artisti Miri Yusifin xanımı Nərgiz Mirbalayeva sosial şəbəkə hesabında maraqlı paylaşım edib.

Lent.az-ın xəbərinə görə o, Miri Yusiflə tanışlıqdan öncə anasının onu avara adlandırdığını bildirib:

“Biz hələ Miri Yusiflə tanış deyildik. Onun bir albomu çıxmışdı və orda oxuduğu “Avara” mahnısı çox xoşuma gəlirdi. Bütün gün evdə o mahnını oxuya-oxuya gəzirdim. Anam da əsəbiləşib deyirdi ki, nə avara-avara salmısan? Axırda özün kimi bir avaranı tapıb ərə gedəcəksən. 1 il sonra biz Miri Yusiflə tanış olduq, 2 ay sonra da evləndik”.

"Onunla ilk dəfə Röyanın konsertində rastlaşdım. Ertəsi gün qardaşım məni özü ilə bir dostugilə qonaq apardı. Həmin dostun Miri Yusif olacağı ağlıma gəlməzdi" , - deyə Nərgiz xanım qeyd edib.

Miri Yusif və Nərgiz Mirbabayeva cütlüyünün üç övladı var.

Qeyd edək ki, Nərgiz Xalq artisti Fidan Qasımovanın ögey qızıdır. Nərgiz Fidan xanımın oğlu Fəridlə ata bir, ana ayrı bacı-qardaşdırlar.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7533
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07