Hollivud ulduzu Ana de Armas şəxsi həyatı ilə yenidən gündəmə gəlib.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, Tom Kruzla münasibətini başa vurduqdan sonra bir müddət gözlərdən uzaq qalan aktrisa yeni sevgilisi ilə görüntülənib.
38 yaşlı Ana de Armas venesuelalı musiqiçi Alberto Beto ilə İspaniyanın Formentera adasında istirahət edib. Onlara tətil zamanı dostları da qoşulub. Ana de Armas və 37 yaşlı musiqiçi adada gəzərkən əl-ələ tutub, qucaqlaşıblar.
Aktrisanın yeni münasibəti Tom Kruzdan ayrılmasından təxminən səkkiz ay sonraya təsadüf edib. Ana de Armasla Tom Kruzun təxminən doqquz ay davam edən münasibətdən sonra ötən ilin oktyabrında ayrıldığı bildirilmişdi.



