Bu gün onlar milyonların kumiridir, amma gənclik illərində adi sürətli iaşə məkanlarında işləməyə məcbur olublar. Onların ilk işləri indiki dəbdəbəli həyatları ilə heç bir oxşarlıq daşımırdı.
Lent.az xarici mediaya istinadla vaxtilə yoluna fast-fud işçisi geyimində başlayan ulduzlardan bəhs edir.
Meqan Foks – reklam aksiyasında banan
Hələ məktəbliykən gələcəyin “Transformers” ulduzu Floridada yerləşən Tropical Smoothie Cafédə işləyirdi. Orada qız kostyumunu banan formasında geyinməli və müştərilərin diqqətini çəkmək üçün girişdə rəqs etməli olurdu. Foks danışırdı ki, dostları ona gülürdü, amma indi dünya şöhrəti qazandığı üçün artıq özü gülür.
Eva Mendes – dequstasiyalar və hot-doqlar
Aktrisa yeniyetmə ikən Glendale Galleria ticarət mərkəzində işləyib. O, Ciao restoranında nümunələr paylayır, həmçinin Hot Dog on a Stickdə əlavə pul qazanırdı. Orada limonu əllə sıxmaq, kassada dayanmaq və sosiskaları qızartmaq məcburiyyətində qalırdı.
Mendes etiraf edib ki, pizza hazırlamamaq üçün hətta həmkarını pul ilə ələ alıb. Nəticədə onu mətbəx səhvlərinə görə deyil, korporativ “Secret Santa” hədiyyəsində uğursuz seçiminə görə işdən çıxarıblar.
Bred Pitt – El Pollo Loco-nun toyuq maskotu
Gələcəyin Hollivud seks-simvolunun ilk işi... toyuq idi. Kinoda yolunu axtaran Bred Pitt El Pollo Loco fast-fud şəbəkəsində işləyib. Bu şəbəkə əvvəlcə Meksikada yaranıb, sonra ABŞ bazarına çıxıb. Los-Ancelesdəki açılışda Pitt Sunset və La Brea küçələrinin küncündə quş kostyumunda müştəri cəlb edirdi. Sonralar o, Ellen DeGeneres-ə müsahibəsində bu işdən utanmadığını etiraf edib, amma bəzən izdihamın onu hövsələdən çıxardığını da deyib.
Madonnа – Dunkin Donuts-da satıcı
80-ci illərin əvvəlində gələcəyin “pop musiqisinin kraliçası” Nyu-Yorkda Dunkin Donuts kafesində işləyib. Madonna orada cəmi bir həftə dayana bilib – işdən sıxılır, qəhvə aparatından əyləncə üçün istifadə edir və hətta bir dəfə müştərinin üstünə cem sıçradıb.
Nəticədə işdən çıxarılıb və tez başa düşüb ki, barista olmaq ona görə deyil.
Pink – "McDonald's"da iş
Gələcəyin dünya səhnələrinin ulduzu yoluna McDonald'sda başlayıb. Onun sözlərinə görə, ailəsi onu öz pulunu qazanmağa məcbur edirdi. Pink-in “öz qaydaları” vardı: bəzən dostlarına pulsuz kartof fri verirdi, pəncərədən siqaret çəkirdi və sifariş pəncərəsindəki qulaqlığı “Cennet Cekson mikrofonu” adlandıraraq özünü superulduz kimi hiss edirdi.
Sonradan o, Pizza Hut və Wendy'sdə də işləyib, amma orada bir günü belə davam gətirməyib. Pink etiraf edib ki, hələ də fast-fud mətbəxinə qayıtmaqla bağlı kabuslar görür.
Eva Lonqoriya – "Wendy’s"də burgerlər
“Çarəsiz ev qadınları” serialının aktrisası 15 yaşında sənədlərini saxtalaşdıraraq Wendy'sdə işə düzəlib. Orada o, “öz resepti” ilə çizburger hazırlamağı öyrənib: bulkada mayonez, sonra ketçup, xardal və xörəkotu. Lonqoriya bu təcrübəni hələ də həyat məktəbi kimi xatırlayır və siyasi tədbirlərdə belə misal çəkir.
“O vaxt Wendy'sdə işləyən Eva Lonqoriya vergi güzəştlərinə ehtiyac duyurdu. Amma indi kinoda çəkilən Eva Lonqoriyaya lazım deyil”, – deyir o.
Qven Stefani – "Dairy Queen"də dondurma
Kaliforniyada gələcəyin No Doubt qrupunun solisti Dairy Queendə işləyib, orada dondurma və fast-fud təqdim edirdi.
Məhz orada o, sonradan qrup yoldaşı olacaq insanlarla tanış olub və 90-cı illərdə “Just a Girl” hiti ilə çartları fəth edib. Stefani etiraf edib ki, tez-tez desertlərə aludə olur və bir neçə kilo kökəlmişdi. Buna görə işdən ayrılmalı və vizajist kimi işləməyə başlamalı olub.
Ceff Bezos – "McDonald's"da kassir
Amazonun yaradıcısı və dünyanın ən varlı insanlarından biri də təvazökar başlanğıca sahib olub. Yeniyetmə ikən Bezos McDonald'sda işləyib. Onun sözlərinə görə, daha ilk həftədə sındıqdan sonra litrlərlə axan ketçup dispenserini təmizləmək məcburiyyətində qalıb.
“Mənə təmizləyici məhlul verdilər və dedilər: ‘İrəli!’”, - o xatırlayır. Məhz orada onun intizamı və iş etikası formalaşıb ki, bu da sonradan Amazon imperiyasını qurmasına kömək edib.