Cəmi 3 ərzaq, əfsanəvi dad : Elton Conun sevimli sendviçinin resepti
20 iyul 2026 15:59 (UTC +04:00)

Cəmi 3 ərzaq, əfsanəvi dad: Elton Conun sevimli sendviçinin resepti

0

Bir çoxları dünya ulduzlarının yalnız bahalı yeməklərə üstünlük verdiyini düşünsə də, məşhur müğənni Elton Conun ən sevdiyi qəlyanaltılardan biri cəmi üç ərzaqdan hazırlanan sadə sendviçdir. 

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, sənətçinin sözlərinə görə, bu reseptin sirri əlavə inqrediyentlərdə deyil, məhsulların mükəmməl uyğunluğundadır.

Elton Con üçün bu sendviç sadəcə qəlyanaltı deyil, ev rahatlığını xatırladan xüsusi bir daddır. Xırtıldayan çörək, qızarmış bekon və kərə yağı birlikdə klassik, lakin unudulmaz ləzzət yaradır.

Lazım olan ərzaqlar

  • Bekon (hisə verilmiş donuz əti)
  • Çörək
  • Kərə yağı

Hazırlanması

Bekon tavada qızılı rəng alana qədər bişirilir. O, çöldən xırtıldayan, içəridən isə şirəli qalmalıdır. Çörək dilimlərinin üzərinə nazik qat kərə yağı çəkilir. İsti bekonu iki çörək diliminin arasına yerləşdirib yüngülcə sıxmaq lazımdır.  Beləliklə, sadə qəlyanaltı hazırdır. 

Daha doyumlu olması üçün sendviçə kahı yarpağı, pomidor, avokado, yumurta və ya göyərti əlavə etmək mümkündür. Lakin Elton Conun üstünlük verdiyi klassik variant yalnız üç əsas məhsuldan ibarətdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 798

Oxşar yazılar