“Dünya sənin, dünya mənim” mahnısı qohumlar arasında QALMAQAL yaratdı  - Video
21 yanvar 2026 16:57 (UTC +04:00)

“Dünya sənin, dünya mənim” mahnısı qohumlar arasında QALMAQAL yaratdı - Video

0

Xalq artisti Niyaməddin Musayevin qızı Röya ilə müğənni Təranə Qumralın qızı Qumral arasında müəllif hüquqları ilə bağlı narazılıq yaranıb.

Lent.az xəbər verir ki, məsələ “Tarixin bir günü” verilişində müzakirə olunub.

Qumral iddia edib ki, onun ifa etdiyi “Dünya sənin, dünya mənim” mahnısı Röyanın müraciəti ilə yutubdan silinib. O bildirib ki, bu vəziyyət onu təəccübləndirib, Röyaya yazsa da, cavab ala bilməyib və özünü haqsızlığa məruz qalmış hesab edir.

Röya isə Qumralın ona heç bir müraciət etmədiyini deyərək, məsələnin qalmaqal kimi təqdim olunmasına etiraz edib. O bildirib ki, atasının mahnılarının müəllif hüquqları ona məxsusdur və icazəsiz, üstəlik sözlərdə səhv edilən ifanın yayımda qalmasına razı ola bilməz. Röyanın sözlərinə görə, Qumral mahnıda bəzi sözləri düzgün səsləndirmədiyi üçün bu addım atılıb və belə hallarda mütləq icazə alınmalıdır.

Niyaməddin Musayev də açıqlamasında qeyd edib ki, mahnıdakı səhv düzəldilərsə, ifaya icazə verilə bilər. O, müəllif hüquqlarının qızı tərəfindən qorunduğunu da təsdiqləyib.

Qeyd edək ki, N. Musayev Təranə Qumralın həyat yoldaşı Musa Musayevin əmisidir. Uzun müddətdir ailə münasibətləri gərgin olduğu üçün tərəflərin küsülü olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 386

Oxşar yazılar