Dünyaca məşhur aktrisa hamını ALDADIRMIŞ
19 may 2025 13:08 (UTC +04:00)

Dünyaca məşhur aktrisa hamını ALDADIRMIŞ

Nikol Kidman illərdir ki, heç bir mübahisəyə yer qoymadan kino dünyasının ən böyük ulduzlarından biri sayılır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, baş rolda oynadığı və Oskar da daxil olmaqla saysız-hesabsız mükafat qazandığı filmlərlə bu uğuru təsdiqlənib. Artıq yaşı irəliləməsinə baxmayaraq, Nikol Kidman dayanmadan çalışmağa davam edir.

Üstəlik, bir ildən bir qədər əvvəl verdiyi sözü də tutdu… Gənc rejissorlara, xüsusilə də imkan axtaran qadın rejissorlara dəstək olacağını bildirmişdi və ard-arda filmlərdə, seriallarda rol almağa davam edir.

Bütün bu uğur və çalışqanlığı bir yana, hər qadın ulduzun qarşılaşdığı vəziyyətlər əlbəttə onun da başına gəlir… Qırmızı xalçadakı görünüşləri daim analiz olunur, geyindiyi hər libas, çəkdiyi makiyaj, davranışları xırdalıqlarına qədər müzakirə edilir.

Bəzən tənqid olunan, bəzən isə "zaman tanımayan gözəlliyi" ilə təqdir toplayan Nikol Kidman bu günlərdə saçları ilə gündəmdən düşmür…

Əslində, təbii saçları qızılı və burma olan Nikol Kidman uzun illərdir saçlarını sarıya boyadaraq düz formada istifadə edirdi. Ancaq ayın əvvəlində Met Galada qırmızı xalçada qısa kəsilmiş saçları ilə çıxaraq hər kəsi təəccübləndirmişdi.

Ulduz aktrisanın demək olar ki, hər gün fərqli formada, rəngdə və uzunluqda göstərdiyi saçlarının sirrinin parik olduğu üzə çıxıb.

Əslində Hollivud ulduzlarının canlandıracaqları rollara görə tez-tez görünüşlərini dəyişmələri və bu səbəbdən parik taxmaları adidır. Amma Nikol Kidman bu məsələdə bir addım da irəli gedərək demək olar ki, daim parik taxır və öz saçlarını gizlətməyi üstün tutur.

Məşhur aktrisa Kann Film Festivalında qatıldığı bir tədbirdə “çiyələk sarısı” deyilən rəngə boyanmış saçlarına daha çox həcm və daha gənc görünüş qazandırmaq üçün yenidən parikdan istifadə etmişdi.

Lakin Nikol qırmızı xalçada poza verərkən, öz saçları perukun altına hörülmüş olsa da, parikin kənar hissəsi görünürdü.

Qeyd edək ki, Hollivud ulduzları yaşlandıqca saçları nazildiyi və həcmini itirdiyi üçün gənc görünmək məqsədilə tez-tez parik və əlavə saç parçaları (postiş) taxmağa üstünlük verirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 794

Oxşar yazılar