Elçin Sangu “İcazəsiz fotoşəkil” məhkəmə işini uduzdu
20 oktyabr 2025 11:45 (UTC +04:00)

Elçin Sangu “İcazəsiz fotoşəkil” məhkəmə işini uduzdu

0

Türkiyənin məşhur aktrisası Elçin Sangu məhkəmədə uduzub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Elçin Sangu ilə bir mağaza arasında 2 reklam filmi və 2 fotoşəkil çəkilişi üçün müqavilə bağlanıb. Tərəflər arasındakı müqavilə 2017-ci ildə başa çatıb. İddiaya görə, Sangu-nun fotoları mağaza tərəfindən icazəsiz şəkildə kommersiya məqsədilə istifadə olunmağa davam edib. Sangu, İstanbul Arbitraj Bürosuna müraciət edərək qarşı tərəf olan mağaza ilə görüşmək istəyib. Lakin razılıq əldə olunmayıb. Bundan sonra isə Sangu-nun vəkili Mesut Kılıç 101 min lirəlik təzminat tələbi ilə məhkəməyə müraciət edib. İstanbul Fikri və Sənaye Hüquqları Məhkəməsində görülən işdə Sangu-nun vəkili iddianın qəbulunu, mağazanın vəkili isə rəddini tələb edib. 

Məhkəmə sonradan izah ediləcək əsaslarla işi dayandırıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 432

Oxşar yazılar