Nəsimi Musayev Köçəryanla qonşu kamerada  saxlanılır
11 noyabr 2026 13:26 (UTC +04:00)

Nəsimi Musayev Köçəryanla qonşu kamerada saxlanılır

0

Ermənistanda həbsdə olan Azərbaycan əsgərinin harada cəza çəkdiyi məlum olub.

Lent.az bildirir ki, bu barədə Ermənistan parlamentinin müxalif “Ermənistan” blokunun fraksiya rəhbəri Anna Qriqoryan açıqlayıb.

Onun sözlərinə görə, Azərbaycan əsgəri Nəsimi Musayev Milli Təhlükəsizlik Xidmətinin məşhur zirzəmisi olan "İrəvan-Mərkəz" penitensiar müəssisəsində saxlanılır. Deputat bildirib ki, Nəsimi ilə qonşu kameralarda Ermənistanın keçmiş prezidenti Robert Köçəryan və digər müxalifət liderləri də cəza çəkir.

Qeyd edək ki, Nəsimi Musayev bu il sentyabrın sonlarında Ermənistan ərazisinə keçərək, Şəki kəndində saxlanılıb. Həmin ölkənin məhkəməsi onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 152

Oxşar yazılar