Lənkəranda qeyri-adi dostluq:  Quş xilaskarından ayrılmır -VİDEO
11 noyabr 2026 09:45 (UTC +04:00)

Lənkəranda qeyri-adi dostluq: Quş xilaskarından ayrılmır -VİDEO

0

Lənkəranda köçəri quşla onu xilas edən şəxs arasında maraqlı dostluq yaranıb.

Lent.az APA TV-yə istinadən xəbər verir ki, rayon sakini Əbdül Cəfərov yaz aylarında dəniz sahilində uça bilməyən quş balası tapıb.

O, quşu evinə apararaq qayğısına qalıb. Sağaldıqdan sonra uçmağa başlayan quş gündüzlər uzaqlara getsə də, hər axşam xilaskarının həyətinə qayıdır.

Məlum olub ki, quş Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilən nadir ərsin-dimdik növünə aiddir.

Əbdül Cəfərov quşun ona öyrəşdiyini və hər gün geri qayıtmasının artıq adi hala çevrildiyini bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 122

Oxşar yazılar