Ağcabədidə avtomobilin vurduğu piyada öldü
11 noyabr 2026 11:44 (UTC +04:00)

Ağcabədidə avtomobilin vurduğu piyada öldü

0

Ağcabədidə ölümlə nəticələnən yol qəzası baş verib.

Lent.az ​APA-ya istinadla bildirir ki, qəza noyabrın 9-da rayonun Hindarx qəsəbəsində qeydə alınıb.

Ağdam rayon sakini Elxan Şirinovun idarə etdiyi “Mercedes” markalı avtomobil yolu keçən Hindarx qəsəbə sakini 38 yaşlı Elmin Rüstəmovu vurub.

​Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada əvvəlcə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, daha sonra Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına göndərilib. 38 yaşlı kişi bu gün xəstəxanada vəfat edib.

​Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 104

Oxşar yazılar