Əməkdar artist Gülüstan Əliyeva
27 sentyabr 2021 12:03 (UTC +04:00)

Əməkdar artist Gülüstan Əliyeva

Əməkdar artist şəhid ərinin məzarında VİDEO ÇƏKDİ...

Əməkdar artist Gülüstan Əliyeva Birinci Qarabağ müharibəsində şəhid olan həyat yoldaşı Zahid Əhmədovun məzarını ziyarət edib.

Lent.az-ın məlumatına görə, müğənni bu barədə sosial şəbəkədəki səhifəsində video paylaşıb: "Bu gün böyük qələbəyə gedən yolun başladığı gündür. Düz 30 il əvvəl Birinci Qarabağ müharibəsində vətən, torpaq deyərək canını qurban edən Daxili İşlər Nazirliyinin zabiti, Cəbrayılımın igid oğlu Zahid Əhmədovun ruhu şaddır. Düşmən tərəfindən dağıdılmış müqəddəs ziyarətgahda məzarını tapdım. Əməyi keçən qardaşlarıma minnətdaram. Burada yatanların ruhu şad olsun. Allah şəhidlərimizə rəhmət eləsin".

Qeyd edək ki, Cəbrayıl rayonunda doğulub-böyümüş şəhid Zahid Əhmədov 1991-ci ildə Qarabağ müharibəsində şəhid olub. BDU-nun hüquq fakültəsinin məzunu olan Z.Əhmədov Cəbrayıl rayonu Polis İdarəsində əvvəlcə əməliyyat müvəkkili, sonra bölmə rəisi işləyib. 1991-ci ildə Cəbrayıl cəbhəsində minaya düşüb. Onun Rüfət adlı bir oğlu yadigar qalıb.

# 9255
avatar

Yalçın UĞUR

Oxşar yazılar

Dünyanın ən seksual idmançısı geyimi ilə heyran etdi

Dünyanın ən seksual idmançısı geyimi ilə heyran etdi

18 may 2024 , 16:58
Rəşad Dağlının qızı əməliyyat olundu - VİDEO

Rəşad Dağlının qızı əməliyyat olundu - VİDEO

18 may 2024 , 12:09
Ancelina Coli yeni sevgilisi ilə  GÖRÜNTÜLƏNDİ

Ancelina Coli yeni sevgilisi ilə GÖRÜNTÜLƏNDİ

18 may 2024 , 10:45
5 güləşçimiz qitə çempionatının final mərhələsinə yüksəldi

5 güləşçimiz qitə çempionatının final mərhələsinə yüksəldi

18 may 2024 , 04:21
Beyons elə bir şəkil çəkdir ki...

Beyons elə bir şəkil çəkdir ki...

18 may 2024 , 03:23
Britaniyanın  ilk milyarder musiqiçisi   Pol Makkartni

Britaniyanın ilk milyarder musiqiçisi Pol Makkartni

17 may 2024 , 18:00
Beren Saat müalicəyə başladı

Beren Saat müalicəyə başladı

17 may 2024 , 17:15
Səhnədə gənc müğənninin üst geyimi  açıldı

Səhnədə gənc müğənninin üst geyimi açıldı

16 may 2024 , 20:50