Fatih Ürek günlərdir  yatızdırılır:   Son durumu AÇIQLANDI
20 oktyabr 2025 13:07 (UTC +04:00)

Fatih Ürek günlərdir yatızdırılır: Son durumu AÇIQLANDI

1

Ürək tutması keçirib entübe edilən Fatih Ürek hələ də təhlükəni tam atlatmayıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 59 yaşlı müğənninin səhhəti ilə bağlı yaxın dostu, iş adamı İzzet Çapa açıqlama verib:

“Az əvvəl Fatihin müalicə aldığı xəstəxanədən çıxdım. Onu sevənlərin, dostlarının, ailəsinin ürəyi eyni qapının önündə döyünür. Hər kəsin tək diləyi o işıl-işıl gülüşünü yenidən görməkdir. Xahiş edirəm sosial mediada dolaşan heç bir xəbərə inanmayın. Beyin ölümü reallaşmayıb.

Həkimlər hələ də o 72 saatlıq kritik gözləmə müddətindədir. Ürəyi güclüdür. 72 saat tamam olmadan heç bir qəti fikir söylənilə bilməz. Həmçinin bəzi yerlərdə gedən "arıqladıcı iynə" iddiası tamamilə əsassızdır. Elə bir şey yoxdur. Xəstəxananın telefonları susmur, hər kəs narahatdır, hər kəs gərgindir. Amma nə olar, yanlış məlumatlara yox, sevgiyə sarılaq".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 372

Oxşar yazılar