Fatih Ürəklə bağlı xəstəxanadan ümidsiz açıqlama
16 oktyabr 2025 18:04 (UTC +04:00)

Fatih Ürəklə bağlı xəstəxanadan ümidsiz açıqlama

0

Türkiyəli məşhur sənətçi Fatih Ürəkin ürəyi dayanıb. Təcili tibbi yardım qruplarının təxminən 20 dəqiqəlik ürək masajı (CPR) müdaxiləsindən sonra sənətçinin ürəyi yenidən işə salınıb.

Lent.az byerli mediaya istinadla bildirir ki, müğənni xəstəxanaya aparılanda huşsuz vəziyyətdə olsa da, nəbzi və təzyiqi normal olub.

Xəstəxanadan verilən məlumata görə, aparılan müayinələr zamanı iki il əvvəl stent qoyulmuş sirkumfleks arterdə stent trombozu aşkarlanıb:

"Təcili həyata keçirilən anjiyoplastika əməliyyatı ilə damar tam şəkildə açılıb. Pasiyentimiz hazırda reanimasiya şöbəsində yatızdırılmış vəziyyətdə saxlanılır, oksigen səviyyəsi, orqan dövranı və beyin toxumalarında oksigen çatışmazlığı riski diqqətlə izlənir. Klinik vəziyyəti stabilləşənədək müşahidə prosesi davam edəcək”.

Həkimlərdən xəbərdarlıq: “Beyin fəaliyyəti ilə bağlı gözləmə mərhələsindəyik”

Jurnalistlərin “İnfarkt riski varmı?” sualına cavab verən həkimlər bildiriblər ki, ürəyin dayanmasından sonra beynin nə qədər müddət oksigensiz qaldığı çox vacib göstəricidir:

“Adətən ürək 3 dəqiqədən çox dayandıqda beyində müəyyən problemlər yaranır. Amma ürək masajı düzgün aparılıbsa, beyin kifayət qədər oksigen ala bilir və insan heç bir fəsad olmadan oyanır. Ürək və ritm baxımından həyati təhlükə yoxdur, lakin beyin funksiyalarının tam bərpası üçün hələ gözləmə mərhələsindəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 324

Oxşar yazılar