Ferdi Tayfur soyadını qızına satır - Biqabırçılıq
01 sentyabr 2024 15:27 (UTC +04:00)

Ferdi Tayfur soyadını qızına satır - Biqabırçılıq

Bir müddətdir türkiyəli müğənni Ferdi Tayfur və qızı arasında söz savaşları davam edir. 

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, müğənni doğma qızının Tayfur soyadından istifadəsinə məhkəmə yolu ilə qadağa qoymaq istəyib. O qızından bu soyadı daşımaq üçün külli miqdarda pul tələb edib.

Sənətkarın keçmiş xanımı, aktrisa Necla Nazır məsləyə çox sərt münasibət bildirib.

O bildirib ki, atası qızından “Tayfur” soyadına görə 50 milyon lirə istədiyini bildirib: 

“Məhkəmə dosyesinin məzmununu görəndə utandım. Tuğçe Tayfur tanımadığımız birinin soyadını qəsb etməyib. O atasının soyadını daşıyır və bu qanunidir. Özünə gəl. Sən xalqın artisti deyilsən? İllərcə susdum, öz qabığıma çəkildim. Ferdi bəy, illər öncə niyə qaçdınız? Mən sizə deyim. Bir qadınla olduğunu, hamilə olduğunu, oğlan doğacağını deyəndə huşunu itirdin. Mən qızımı götürüb səndən ayrıldım. Yaponiyaya qaçdın. Məni danışmağa məcbur etmə. Səbrimin sonundayam”- o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4425
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar