Filipp Kirkorov  erməni blogeri   HƏDƏLƏDİ
12 mart 2024 14:31 (UTC +04:00)

Filipp Kirkorov erməni blogeri HƏDƏLƏDİ

Rusiyanın estrada ulduzu Filipp Kirkorov erməni əsilli bloger David Manukanyanı (Dava) hədələyərək, onu “Maska” şousundan qovacağını bildirib.

Lent.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, şouda akula maskası altında kimin gizləndiyini müzakirə edərkən münsiflərdən biri bunun Dava olduğunu söyləyib.

 Kirkorov isə deyib ki, əgər o kostyumun altında Dava gizlənibsə, onu   şoudan rədd edəcək. 

“Niyə?” sualına  müğənni, “O özü nə qələt elədiyini bilir” cavabını  verib.

“Onun harası akuladır. O olsa olsa, piranadır”, - estrada ulduzu bildirib.

# 3147
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar