"Gəlinim harasa gedəndə məndən icazə alır" - Cavanşir Məmmədov  - VİDEO
05 yanvar 2022 09:27 (UTC +04:00)

"Gəlinim harasa gedəndə məndən icazə alır" - Cavanşir Məmmədov - VİDEO

Əməkdar artist Cavanşir Məmmədov şəxsi həyatından danışıb.

Lent.az-ın məlumatına görə, müğənni “Üzbəüz” verilişində övladları ailə qursa da, onlarla bir yerdə yaşayır: 

“Oğlum da, qızım da bizlə yaşayır. Niyə? Çünki mən tək uşaq olmuşam. Nə bacım, nə qardaşım olub. Ona görə də ev şəraitini elə seçmişəm ki, hamımız bir yerdə qalaq. Başım ağrıyanda dadıma kimsə yetsin. İnsan tək qalanda dərdə düşür. Məsələn gəlinimiz 10 gündən bir oğluma deyir ki, Cavanşir əmiyə denən, olar atam gilə gedim? Bu qayda-qanunu biz qoymuşuq. İnsan öz valideynlərinin yanına gedəndə çox yüngülləşir”.   

# 6366
avatar

Yalçın UĞUR

Oxşar yazılar