Müğənni Günay İbrahimli
01 iyul 2021 10:01 (UTC +04:00)

Müğənni Günay İbrahimli

Günay həmkarlarını TƏNQİD ETDİ: "Zövqsüzlər..." 

Müğənni Günay İbrahimli bəzi həmkarlarının geyim tərzini tənqid edib.

Lent.az-ın məlumatına görə, ifaçı bu barədə “Mtv”yə danışıb:

"Ötən illər ərzində xeyli stilistlə çalışmışam. Bu müddətdə zövqümü püxtələşdirmişəm. Artıq nəyin yaraşacağını, nəyin isə yaraşmayacağını bilirəm. Geyimlərimi özüm seçirəm. Böyük layihələr olduqda isə stilistlərə də müraciət edirəm. Deyib, xətirlərinə dəymək istəmirəm. Amma çox iyrənc görünürlər. Zövqlülər də var, amma zövqsüzlər daha çoxdur. Deyib necə qəlbini qırım? Çünki içindən gələn odur. Mən onlara bir gün başa salsam da, sabah onsuz da öz bildiyini geyinib çıxacaqlar efirə. Ona görə də deyib, qəlb sındırmaq istəmirəm".

# 4521
avatar

Yalçın UĞUR

Oxşar yazılar