Türkiyənin məşhur müğənnisi Hadisə Mehmet Dinçerler ilə barışması iddialarına cavab verib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, “Instagram”ın hekayə bölməsində zolaqlı köynək geymiş kişi qolu paylaşan məşhur müğənninin yanında kimin olduğu maraq doğurarkən, həmin adamın keçmiş əri Mehmet Dinçerlər olduğu iddiası böyük səs-küyə səbəb olub.
Ötən gün konsertdə çıxış edən Hadisə bu söz-söhbətlərə cavab olaraq deyib:
“Bəzi insanlar keçmişdə ilişib qaldığımı düşünür, bizdə bir kitab iki dəfə oxunmaz”.