Kıvanç Tatlıtuğla seriala çəkiləcək  Pınar Dənizin dodaq uçuqladan  QAZANCI
12 fevral 2026 19:20 (UTC +04:00)

Kıvanç Tatlıtuğla seriala çəkiləcək Pınar Dənizin dodaq uçuqladan QAZANCI

0

Türkiyəli aktrisa Pınar Deniz Kıvanç Tatlıtuğ ilə tərəf müqabili olacağı “Dönence” serialında çəkilməyə razılıq verib.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, aktrisa layihədən bölüm başına 3 milyon lirə (təxminən 116 min manat) qonorar alacaq. Daha əvvəl Kıvanç Tatlıtuğun eyni serialdan hər bölüm üçün 4 milyon lirə (təxminən 155 min manat)  qazanacağı açıqlanıb.

Disney+ üçün çəkiləcək “Dönence” ümumilikdə 8 bölümdən ibarət olacaq və çəkilişlərinə mart ayında start verilməsi planlaşdırılır.

Kıvanç Tatlıtuğ ile partner oldu...Pınar Deniz'in 'Dönence' kazancı dudak  uçuklattı

Serialın ssenarisini Mehmet Bozdağ və Kerem Kurt qələmə alıb. Layihə güclü aktyor heyəti və qaranlıq atmosferi ilə artıq diqqət çəkir.

Rejissor kürsüsündə son illər kinoda fərqli işləri ilə seçilən Can Evrenol əyləşəcək. Onun layihəyə qoşulması serialda aksiyon və gərginlik elementlərinin yüksək olacağına dair gözləntiləri artırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 216

Oxşar yazılar