Məhkəmə Vəfa Şərifovanı təhqir edən qadına CƏZA VERDİ
04 sentyabr 2025 17:54 (UTC +04:00)

Məhkəmə Vəfa Şərifovanı təhqir edən qadına CƏZA VERDİ

0

Xocavənd Rayon Məhkəməsində sosial şəbəkədə müğənni Vəfa Şərifovanı təhqir edən şəxs barəsində qərar elan olunub.

Lent.az xəbər verir ki, bu barədə "oxu.az"a V.Şərifovanın vəkili Elməddin Məhərrəmov deyib.

O bildirib ki, məhkəmənin qərarı ilə Arzu Məmmədova Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək 480 saat ictimai işlərə cəlb olunub.

Qərara əsasən, A.Məmmədovaya elektron nəzarət qolbağı tətbiq edilib. O, hər gün 4 saat olmaqla 480 saat ictimai işlər görməyə məhkum edilib.

Xatırladaq ki, Arzu Məmmədova 2024-cü ilin noyabr ayında "TikTok" platformasında "zuzu_muzisiyev" adlı hesabla Vəfa Şərifovanı təhqir edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 422

Oxşar yazılar