Məşhur aktrisa sərxoş vəziyyətdə TUTULDU
25 noyabr 2023 12:12 (UTC +04:00)

Məşhur aktrisa sərxoş vəziyyətdə TUTULDU

Amerikalı aktrisa Tiffani Heddiş həbs edilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, "Ruhlu malikanə", "Nəhəng istedadın dözülməz ağırlığı" filmləri ilə məşhurlaşan aktrisa sərxoş vəziyyətdə sükan arxasında yuxuya gedib.

Heddiş qəzə törətməsə də, bu əməlinə görə polis dünən səhər saatlarında onu saxlayıb.

Noyabrın 23-də isə aktrisa klubların birində çıxış edib. Oradan çıxdıqdan sonra isə Tiffaninin hara getdiyi bəlli olmayıb.

Qeyd edək ki, Heddiş bundan əlavə bir neçə dəfə də sərxoş vəziyyətdə avtomobil idarə edərkən yuxuya getdiyi üçün həbs edilib. İlk hadisəsi 2022-ci ilin yanvarında Atlanta bölgəsində baş verib. Onun məhkəməsi dekabrın 4-də olacaq.

# 3240
avatar

Fidan İlqar

Oxşar yazılar