Məşhur aktyor ürəyindən əməliyyat oldu - “Artıq stentim var..."
17 iyun 2026 16:09 (UTC +04:00)

Məşhur aktyor ürəyindən əməliyyat oldu - “Artıq stentim var..."

0

Türkiyəli aktyor Bülent Şakrak ürəyindən əməliyyat olunub.

 

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, müayinə zamanı onun ürəyinin əsas damarlarından birində 90 faizdən çox tıxanma aşkarlanıb.

Vəziyyətin son dərəcə ciddi olması səbəbindən həkimlər vaxt itirmədən müdaxilə etmək qərarına gəliblər. Təcili əməliyyata alınan aktyorun tıxanmış damarı açılıb və ürəyinə stent yerləşdirilib. Məlumata görə, əməliyyat uğurla başa çatıb və aktyorun vəziyyəti qənaətbəxşdir.

Yaşadığı prosesi izləyiciləri ilə bölüşən Bülent Şakrak bildirib ki, həkimi ona vəziyyətin çox ciddi olduğunu deyib:

“Ortada heç bir şikayət yox idi, amma bu, həyati əhəmiyyət daşıyan bir vəziyyət idi. Əgər bunu gözlədib təxirə salsaydım, iki ay ərzində infarkt keçirə bilərdim. Buna görə də ertəsi gün hərəkətə keçdik və problemi həll etdik”.

Aktyor “Artıq stentim var, amma özümü yaxşı hiss edirəm”,- sözləri ilə vəziyyətinin sabit olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 362

Oxşar yazılar