Avqustun sonunda infarkt keçirən türkiyəli komediya ustası Cem Yılmaz sosial şəbəkədə yumorlu paylaşımı ilə diqqət çəkib.
Lent.az xəbər verir ki, bu barədə Habertürk məlumat yayıb.
Yılmaz infarktdan sonra angioqrafiya olunmuş və həkimləri ona stressdən uzaq durmağı tövsiyə etmişdilər.
Avtomobil həvəskarı olan sənətçi bu dəfə avtomobil təmiri sexindən foto paylaşaraq “Stressiz işə girdim” yazıb.