Məşhur cütlük YENİDƏN AYRILDI - SƏBƏB
09 yanvar 2023 11:52 (UTC +04:00)

Məşhur cütlük YENİDƏN AYRILDI - SƏBƏB

Məşhur cütlük Kylie Jenner və Travis Scott ayrıldı.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Kardaşyan-Jenner ailəsinin ən kiçik üzvü Kayli Jennerin iki uşağının atası Travis Scott tərəfindən aldadıldığı iddiası maqazin gündəminə bomba kimi düşüb.

Mövzuya səssiz qalan Jenner və Scott arasında heç bir problem olmadığı düşünülərkən, məşhur cütlüyün ayrıldığı ortaya çıxıb.

2017-ci ildə Coachella Musiqi Festivalında Travis Scott ilə eşq yaşamağa başlayan realiti-şou ulduzu Kylie Jenner 2018-ci ildə ilk övladı Stormiyə sahib olduqdan sonra 2019-cu ildə reperlə yollarını ayırıb. 2021-ci ildə yenidən bir araya gələn məşhur cütlük ikinci dəfə körpə sevinci yaşadıqlarını elan edib.

Ancaq son aylar Scottun Jenneri aldatdığına dair iddialar yayılıb. Travis Scott bu iddialardan sonra açıqlama verərək, 25 yaşlı Kayli Jenneri keçmiş sevgilisi Rojean Karla aldatdığını inkar edib.

Aldatdığına dair şayiələr yayıldıqdan sonra Travis instaqram səhifəsində hekayələr bölməsindən aşağıdakı ifadələri paylaşaraq açıqlama verib:

"Çox qəribə şeylər baş verir. Mən bir musiqi klipi çəkdirərkən, içəri girən şəxs gizli şəkildə qapalı setin şəkillərini çəkdi. Axırıncı dəfə deyirəm bu adamı tanımıram. Mənim bu adamla münasibətim olmayıb. Odur ki, bu oyunlardan əl çəkin".

Bütün bunlardan sonra Kayli Jenner və onun iki övladının atası Travis Scottun ayrıldığı məlum olub.

Bundan əlavə, ikili Milad bayramını birlikdə keçirməyi planlaşdırsalar da, ayrılıq səbəbindən bayramı başqa yerlərdə keçirdikləri də öyrənilib.

# 1632
avatar

Fidan İlqar

Oxşar yazılar

Əri Britni Spirslə bağlı arzusundan DANIŞDI

Əri Britni Spirslə bağlı arzusundan DANIŞDI

24 mart 2023 , 19:54
7 aylıq  hamilə aktrisa: "Çox yaxında evlənəcəyik" - FOTO

7 aylıq hamilə aktrisa: "Çox yaxında evlənəcəyik" - FOTO

24 mart 2023 , 09:54
Cennifer Lopez çılpaq   poza verdi - FOTO

Cennifer Lopez çılpaq poza verdi - FOTO

23 mart 2023 , 17:54
Seda Sayan eşitmə qabiliyyətini itirdi

Seda Sayan eşitmə qabiliyyətini itirdi

23 mart 2023 , 15:50
Məşhur serialın cütlüyü nişanlandı

Məşhur serialın cütlüyü nişanlandı

23 mart 2023 , 12:15
İllər sonra yenidən bir araya gəldilər

İllər sonra yenidən bir araya gəldilər

23 mart 2023 , 03:21
Küçəyə  çılpaq çıxan müğənni   psixatrik xəstəxanaya düşdü

Küçəyə çılpaq çıxan müğənni psixatrik xəstəxanaya düşdü

22 mart 2023 , 19:23
Cennifer Lopez moda dünyasına qoşuldu

Cennifer Lopez moda dünyasına qoşuldu

19 mart 2023 , 03:28