Şənbə günü Paypa və Duitama şəhərləri arasında baş verən təyyarə qəzasında göyərtədə olan 6 nəfərin hamısı həlak olub.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, qəza təyyarənin havaya qalxmasından qısa müddət sonra baş verib.
Bildirilib ki, kolumbiyalı məşhur musiqiçi Yeyson Ximenes bu faciədə həyatını itirib.
Qeyd edək ki, Ximenes faciədən bir neçə həftə əvvəl verdiyi müsahibədə uçuşla bağlı narahatedici yuxular gördüyünü demişdi. Musiqiçi Kolumbiyanın regional musiqi səhnəsinin ən tanınmış simalarından biri hesab olunurdu.