Məşhur müğənni yenidən ana olmaq  istəyir
22 iyun 2026 16:41 (UTC +04:00)

Məşhur müğənni yenidən ana olmaq istəyir

0

Dünya şöhrətli müğənni Britni Spirs yenidən ana olmaq arzusunda olduğunu açıqlayıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 44 yaşlı sənətçi bu barədə "Instagram" hesabında paylaşım edib.

O, sarı rəngli libas və qara çəkmələrlə rəqs etdiyi videonu izləyiciləri ilə bölüşüb. Əlində balaca gitara tutan müğənni enerjili hərəkətləri zamanı geyiminin çiynindəki iplərdən biri sürüşsə də, vəziyyəti dərhal ələ alıb. Paylaşımına yazdığı qeyddə sənətçi yenidən ana olmaq arzusunu dilə gətirib.

"Mənim üçün çox emosional gündür. Gitaralar mənə yadplanetli körpələri xatırladır. O qədər zərif simləri var. Deyirlər ki, musiqi mələklərin dilidir. Bu balaca gitaranı Meksikada almışam. Ümid edirəm ki, bir gün daha bir övladım olar", – Britni Spirs yazıb.

Britni Spirs mart ayında sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə saxlanıldıqdan sonra könüllü şəkildə reabilitasiya mərkəzinə müraciət edib. Təxminən bir ay davam edən müalicədən sonra onun özünü xeyli yaxşı hiss etdiyi bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 390

Oxşar yazılar