Məşhur sənətçi ən böyük qorxusunu AÇIQLADI
01 may 2026 11:45 (UTC +04:00)

Məşhur sənətçi ən böyük qorxusunu AÇIQLADI

0

Zerrin Özer sabah işıq üzü görəcək "Geliyorlar Gidiyorlar" adlı yeni mahnısının təqdimatı ərəfəsində jurnalistlərlə bir araya gəlib.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, mahnının sözləri Habil Ceyhana, bəstəsi Bülent Yetişə, aranjimanı Mustafa Arapoğluna, prodüserliyi isə A.Kadir Şekerə məxsusdur.

Sənətçi gələcəklə bağlı narahatlıqlarını və yeni nəsillə olan bağını bu sözlərlə ifadə edib:

"Həyatda ən böyük qorxum bir gün unudulmaqdır. Gənclərin yeni mahnımı sevəcəyini hiss edirəm. Bu nəsli yaxşı yaxaladığımı düşünürəm".

Özerin bu sözləri həm emosional, həm də düşündürücü qarşılanaraq qısa müddətdə gündəmə çevrilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 232

Oxşar yazılar