Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil qısa müddət davam edən evliliyindən sonra yeni sevgiyə yelkən açıb.
Lent.az Tükiyə KİV-nə istinadla xəbər verir ki, məşhurun yeni sevgilisi ilə arasındakı yaş fərqi xüsusilə diqqət çəkib.
Məlumata görə, Erbil TikTok sosial platformasında tanış olduğu 21 yaşlı Eylem Çelik ilə sevgilidir. Onların arasındakı 48 yaş fərq isə şou aləmində ən çox müzakirə olunan məqamlardan birinə çevirilib.

Qeyd edək ki, Mehmet Erbil bir müddət əvvəl Gülseren Ceylan ilə 7 ay davam edən evliliyini sonlandırıb. Boşanmanın səbəbi kimi “evlilik birliyinin təməldən sarsılması” göstərilib.

Ceylan isə şoumendən 42 yaş kiçik olub.