Nurgül Yeşilçay tətil yerlərindəki bahaçılığa belə ETİRAZ ETDİ
19 aprel 2024 09:57 (UTC +04:00)

Nurgül Yeşilçay tətil yerlərindəki bahaçılığa belə ETİRAZ ETDİ

Tanınmış türkiyəli aktrisa Nurgül Yeşilçay paylaşdığı foto ilə yenə gündəm olub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o yaşadığı evdə hovuz başında yay mövsümünü açıb.

Bənövşəyi çimərlik geyimində foto paylaşan aktrisa əslində Bodrum tətil yerlərindəki dəhşətli bahaçılığa etiraz edib. "Artıq Bodrum lahmacun tarifi müəyyənləşdiyinə görə sizə ən çox yaraşacaq və sizi zəngin göstərəcək kombinasiya təklifimlə buradayam" – aktrisa paylaşımına bu sözləri yazıb. Yaxşı formada olan oyunçuya çoxlu təriflər yağdırılıb.

Qeyd: Bu mövsüm lüks yerlərdə lahmacun və ayranın qiymətinin 900 TL olduğu bildirilir.

# 3183
avatar

Cavidan HUN

Oxşar yazılar