Rəqqasə Renkaya YENİ MAŞIN  hədiyyə veriblər?
26 iyul 2022 12:18 (UTC +04:00)

Rəqqasə Renkaya YENİ MAŞIN hədiyyə veriblər?

Oriental rəqqasə Renkanın (Rəna Ağamuradova) yeni maşın alması xeyli müzakirələrə səbəb olub.

Lent.az xəbər verir ki, o, maşın alması barədə açıqlama verib. Rəqqasə öz "Instagram" hesabındakı paylaşımında bildirib ki, maşını öz zəhmətilə alıb:

"Heç kimin heç nəyinə ehtiyacım yoxdur. Nə də gözüm yoxdur. Maşallah, əlim, ayağım, başım yerində. Daşdan pul çıxaran adamam və 16 yaşımdan işləyirəm. Heç vaxt, heç bir işdən qorxmuram. Allah bütün işləyən, öz ayağı üstündə dayanan xanımlara güc versin".

Qeyd edək ki, rəqqasə kimi tədbirlərdə çıxış edən Renka yeni "Toyota Yaris" alıb. 

 

Renkanın yeni maşını

# 4251
avatar

Nigar Namiq

Oxşar yazılar