57 yaşlı müğənninin keçmişi   – Gənclik görüntüləri diqqət çəkdi
03 sentyabr 2026 15:03 (UTC +04:00)

57 yaşlı müğənninin keçmişi – Gənclik görüntüləri diqqət çəkdi

0

Dünyaca məşhur müğənni və aktrisa Cennifer Lopez illərdir həm yaradıcılığı, həm də xarici görünüşü ilə diqqət mərkəzindədir. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, müğənninin gənclik illərində çəkilən fotoları ilə indiki görünüşü arasında müəyyən fərqlərin olması zaman-zaman sosial şəbəkələrdə müzakirə olunur. Xüsusilə burun, göz ətrafı və üz cizgilərində estetik dəyişikliklər etdirdiyi barədə müxtəlif iddialar səsləndirilib.

Lakin Cennifer Lopez plastik əməliyyat etdirdiyini təsdiqləməyib. Müğənninin xarici görünüşündəki dəyişikliklərin makiyaj, saç düzümü, kosmetoloji prosedurlar və yaşla bağlı olması da mümkün hesab edilir. Karyerasının ilk illərində daha təbii tünd saçları, nazik qaşları və fərqli makiyaj üslubu ilə seçilən Lopez sonrakı illərdə dəfələrlə imicini dəyişib. 57 yaşlı sənətçi bu gün də həm səhnə fəaliyyəti, həm də görünüşü ilə şou-biznesin ən çox diqqət çəkən simalarından biri olaraq qalır.

Дженнифер Лопес в детстве, до пластики

Дженнифер Лопес до пластики

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 330

Oxşar yazılar