Rəşad Dağlı əməliyyat olundu
27 oktyabr 2025 21:51 (UTC +04:00)

Rəşad Dağlı əməliyyat olundu

0

Həbsdə olan tanınmış meyxanaçı Rəşad Dağlı əməliyyat olunub.

Lent.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, əməliyyat müəssisənin tibb məntəqəsində həyata keçirilib.

Məlumata görə, meyxanaçının səhhətində yaranan müəyyən problemlə əlaqədar olaraq ona kiçik cərrahi müdaxilə edilib.

Məsələ ilə bağlı Rəşad Dağlının vəkili Elvin Əliyev açıqlama verib. Onun sözlərinə görə, Rəşad Dağlı tibbi müayinədən keçib və bu müayinə əsasında xırda cərrahi prosedur icra olunub:

"Hazırda səhhəti yaxşıdır, narahat olmağa əsas yoxdur".

Qeyd edək ki, Rəşad Dağlı qonşusunu qəsdən öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Meyxanaçının hazırda cəzasının 6 il 6 ayı qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 421

Oxşar yazılar