Dünyaca məşhur müğənni Keti Perri fotosu ilə izləyicilərini aldadıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, “Met Gala”-da iştirak etməsə də, Keti Perrinin süni intellektlə yaratdığı iki fotosu sosial mediada gündəm olub. Gerçək olduğu düşünülən fotolara müğəninin anası belə inanıb. O, öz qızını tanıya bilməyib.