Amerikalı qız  başqa ölkəyə   köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
19 may 2024 15:44 (UTC +04:00)

Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB

Avstraliyada iş vizası ilə yaşayan Kaliforniyadan olan 22 yaşlı Devin Heylz qida ilə əlaqəli gülünc vəziyyətə görə adını Dev olaraq dəyişmək məcburiyyətində qalıb.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, hekayə Devin “TikTok” hesabında paylaşdıqdan sonra viral olub. Müqəddəs Patrik günündə özünü bir qrup yerli kişiyə təqdim edəndə onun adı qəhqəyə səbəb olub.

Avstraliyada "Devin" in işlənmiş sendviç əti ilə əlaqəli olduğu ortaya çıxıb.

Videonun şərhlərində eyni adlı digər istifadəçilər təəccübləndiklərini bildiriblər. Onlardan biri hətta Devin adı ilə bağlı belə bir əlaqə haqqında bilmədiyini etiraf edib.

Adını dəyişdirməklə yanaşı, Devin digər yerli vərdişlərə və modaya uyğunlaşmalı olub, məsələn, flip-floplara, dizdən aşağı idman şortlarına üstünlük verməsi, döymə və pirsinqlərin yayılması.

Gözlənilməz epizoda baxmayaraq, Devin Avstraliyada yaşamağı çox sevdiyini deyir. O, ləzzətli qəhvəni və onu açıq qucaqla qarşılayan mehriban insanların olduğunu qeyd edir. Yerli sakinlərin daha az cəlbedici göründüyünü söylədiyi Kaliforniya ştatı ilə müqayisədə, Avstraliyada o, hər kəsdə gözəllik tapır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2229
avatar

Oxşar yazılar