Ermənilərin Xocalı şəhərində törətdiyi soyqırımından 29 il ötür. Lent.az-ın məlumatına görə, bununla bağlı şou-biznesin bir çox tanınmış simaları sosial şəbəkədə paylaşımlar ediblər.
Xalq artisti Röya Ayxan: "Düz 29 il əvvəl, bu tarixdə- 25-26 fevral, 1992-ci ildə soyqırım və insanlığa qarşı cinayət yaşandı. Xocalı faciəsi... O dəhşətli günün buraxdığı izlər bu gün də istidi, yenidir! Bu, dünyada ən qorxulu kütləvi terror aktlarından biridir. Rəsmi rəqəmlər hər kəsə bəllidir. Dəhşətli statistikadır, elə deyilmi? Onların vəhşicəsinə öldürülməsi gördüyümüz video lentlərdən, fotolardan açıq-aşkar görünür. Bütün bunlar Ermənistanın Cenevrə konvensiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd şəkildə dinc sakinlərə qarşı həyata keçirilən soyqırımı olduğunu təsdiqləyir. Dünyada insanlığa qarşı cinayətlər, humanitar fəlakətlər, terrorçuluq, ekstremizm, separatçılıq dayansın, sülh daim olsun. Övladlarımız rahat, firavan bir dünyada yaşasın”.
Aktyor Fərda Xudaverdiyev: "Unutma, unutdurma... Əminəm ki, nəhayət ruhunuz şaddır. Dünya bu haqsızlığa, vəhşiliyə sussa da, Azərbaycan xalqı susmadı. Ali Baş Komandanın, yenilməz odurmuzun köməkliyi ilə haqq yerini tapdı".
Müğənni Elvin Abdullayev: "Allah hər birinə rəhmət etsin. Sizlər heç bir zaman unudulmayacaqsınız”.
Aparıcı Lalə Azərtaş: "Xocalı faciəsi - 26 fevral, 1992-ci il. Uşaqlı, cavanlı və qocalı... Heç bir zaman unutmayacağıq".
_1614324704.jpg)
Müğənni Elton Hüseynəliyev
_1614324723.jpg)
Xalq artisti Mənsum İbrahimov
_1614324743.jpg)
Müğənni Zamiq Hüseynov
_1614324772.jpg)
Əməkdar artist Abbas Bağırov
_1614324791.jpg)
Əməkdar artist Ruhəngiz Allahverdiyeva
_1614324808.jpg)
Aparıcı Lalə Azərtaş
_1614324829.jpg)
Müğənni Rəşad İlyasov
_1614324849.jpg)
Əməkdar artist Gülüstan Əliyeva
_1614324865.jpg)
Aktyor Fərda Xudaverdiyev
_1614324884.jpg)
Əməkdar artist Ədalət Şükürov
_1614324900.jpg)
Xalq artisti Röya Ayxan

Əməkdar artist Vəfa Zeynalova